Rusiya estradasının məşhur müğənnilərindən olan Janna Friskehəyat yoldaşı olan Dmitri Şepelyov və oğlu Platonla Moskvaya qayıdıb.
Müğənni əvvəl Latviyada keçdiyi reabilitasiya, sonra isə Çində aldığı növbəti müalicə kursundan sonra özünü yaxşı hiss edir. Onun xəstəliyi artıq azalmağa başlayıb, həkimler onda uzunmüddətli remessiya hiss edirlər. Janna xaricən gözlə görünən dərəcədə dəyişib: xeyli dərəcədə arıqlayıb, əlillər üçün olan arabadan imtina edərək artıq özü gəzir və artıq görmə qabilliyəti bərpa olunub. Bildirilir ki, uğurlu müalicədən sonra o, demək olar ki, normal həyata qayıdıb.
J. Friske artıq Moskva küçələrində görünməyə başlayıb, maqazin və restoranları ziyarət edir. Ona ynavar ayının 20-si “beyin xərçəngi” diaqnozu qoyulmuş və bu barədə onun vətəndaş nikahında olduğu həyat yoldaşı teleaparıcı Dmitri Şepelyov bildirmişdi. Və o, Jannanın müalicəsi üçün böyük məbləğdə pulun lazım olduğunu, insanları soyuqqanlı olmamağa və dualarını əksik etməməyə çağırmışdı. Buna görə də Rusiyanın birinci kanalı və Rusfond müğənni üçün lazım olan məbləği topalaya bilmişdi.
Qeyd edək ki, Janna Friskeyə ankoloji diaqnozun qoyulmasından 1 ildən çox vaxt keçib. Xəstəlik aşkarlananda 4-cü mərhələdə idi. Müğənni ABŞ-da müalicə alərkən ona eksprimental nano-vaksinlər vuruldu. Möcüzə vaksinlər ona kömək etdi, halbuki əvvəlcə həkimlər operativ müdaxilədən imtina edərək, mühavizəkar müalicəni təklif edirdilər.
ANS PRESS