Qırğızıstan Prezidenti yerli özünüidarəetmə orqanlarına yeni seçkilər təyin edib

23:27 | 06.09.2024
Qırğızıstan Prezidenti yerli özünüidarəetmə orqanlarına yeni seçkilər təyin edib

Qırğızıstan Prezidenti yerli özünüidarəetmə orqanlarına yeni seçkilər təyin edib

Qırğızıstan Prezidenti Sadır Japarov yerli şuraların (özünüidarəetmə orqanlarının) buraxılması və deputatların yeni seçkilərinin vaxtının təyin edilməsi haqqında fərman imzalayıb.Bu barədə Qırğızıstan başçısının mətbuat xidməti məlumat yayıb.

2024-cü il noyabrın 17-də Qırğızıstanın bütün bölgələrində yerli şuralara yeni deputatların seçkiləri keçiriləcək.
Seçki aksiyalarının başlama tarixi sentyabrın 17-nə təyin edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür