“JEK”ləri nə əvəz edəcək?

23:33 | 13.12.2013
“JEK”ləri nə əvəz edəcək?

“JEK”ləri nə əvəz edəcək?

“JEK”lərin səlahiyyətləri minimuma endirilir. Mənzil Kommunal İstismar Sahələri ləğv ediləcəyi təqdirdə onun səlahiyyətinin əsas hissəsi yerli bələdiyyələrə, bir qismi isə icra hakimiyyətlərinin ərazi nümayəndəliklərinə həvalə olunacaq.

ANS PRESS-in verdiyi xəbərə görə, keçmiş SSRİ dövründə “JEK” kimi adlandırılan Mənzil Kommunal İstismar Sahələrinin səlahiyyətləri müstəqillk dövründə minimuma endirilib. Bunlar əsasən vətəndaşlara arayışların verilməsi, ərazilərin təmiz saxlanması, bina və məhəllədaxili yolların süpürülüb təmizlənməsi və asfaltlanması, məişət tullantılarının və qabaritli zibillərin daşınmasıdır. Əhaliyə göstərilən su təchizatına xidmət, kanalizasiya xəttlərinin təmizlənməsi və dəyişdirilməsi məsələləri isə artıq bu ilin yanvarından “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə verilib. Bu informasiyanı Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı da təsdiq edib. Onun sözlərinə görə, adı çəkilən xidmət növlərinin “JEK”lərə heç bir aidiyyatı yoxdur, ancaq bəzi vətəndaşlar yenə də elə hesab edir ki, zirzəmisindəki çirkli suyun təmizlənməsi, evlərə gələn suyun tənzimlənməsi üçün Mənzil Kommunal İstismar Sahələrinə müraciət etmək lazımdır.Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən aldığımız məlumata görə, hazırkı Mənzil Məcəlləsi birmənalı olaraq MİS-lərin fəaliyyətini qadağan edir, çünki Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur. Buna görə də mövcud hüquqi baza əsasında Nazirlər Kabinetinin tək sərəncamı yetərlidir ki, bu qurumlar ləğv olunsun və səlahiyyətləri bələdiyyələrə keçsin. Çünki indiki qanunvericiliyə və mövcud quruluşa əsasən MİS-lər izafi bir qurumdur.Bu qurum doğrudanmı izafı bir qurumdur? Bu və ya digər sualların cavabını almaq üçün paytaxtımızın müxtəlif rayonlarında yerləşən MİS-lərə müraciət etdik. Suraxanı rayon 103 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Həbib Qurbanov bildirdi ki, MKİS-nin banklarda öz hesabı olmadığına görə onsuz da sərbəst fəaliyyət göstərməyə yetərincə gücü çatmır. Görülən işlər isə yerli rayon icra hakimiyyətinin əlaqədar təşkilatlarının köməyilə həyata keçirilir və yalnız kvartalarası məhəlləni daxili imkanlar çərçivəsində abaşlaşdırır “Mənzil Kommunal İstismar Sahələrinin ləğv olunacağı təqdirdə onun səlahiyyətləri hansı təşkilatlara veriləcək?” sualını isə Həbib Qurbanov belə cavablandırdı: “Onsuz da bu qurumun nə səlahiyyətləri qalıb ki, onu bölüşdürsünlər?Çox böyük ehtimalla yəqin arayışların verilməsi yerli icra hakimiyyətinə, təmizlik işləri isə icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən Kommunal İstismar Xidmətinə veriləcək”. Bu fikirləri Nəsimi rayonunda fəaliyyət göstərən 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin keçmiş rəisi Əbülfət Abbasov da təsdiqlədi. O qeyd etdi ki, səlahiyyətləri minimuma enən “JEK”lərin dağılması nədənsə çoxlarını sevindirir. Hamı elə bilir ki, bu kiçik qurumda qaz vurub-qazan doldurursan. Heç bir bank hesabı olmayan qurumun funksiyasını niyə belə böyüdürlər bilinmir?.Qeyd edək ki, hazırda ölkədə 200-ə yaxın MİS var və bunlardan 150-si paytaxtda fəaliyyət göstərir. Onların tam ləğv edilməsi üçün isə Nazirlər Kabineti müvafiq qərar verməlidir. O qərarın nə vaxt veriləcəyi isə dəqiq deyil. Dəqiq olan budur ki, “JEK”lər yenə də vətəndaşlara arayış verir və məhəllə daxili ərazini təmizləyir. Başqa iş görməyə isə onun gücü çatmır. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür