Jerar Depardye araq istehsalı ilə məşğul olmaq fikrindədir.Oxu.Az xəbər verir ki, bu barədə aktyor iyul ayının 14-də Saratovda jurnalistlərə verdiyi müsahibəsində bəyan edib, Praym agentliyi bildirib.Jerar Depardyenin sözlərinə görə, araq ekoloji təmiz ərzaqlardan və bulaq suyundan hazırlanacaq.“Bu, mənim tünd alkoqollu içkilər istehsalında ilk təcrübəm olacaq, ümid edirəm ki, uğurlu olacaq. Amma yenə də istərdim ki, içkilərə gəldikdə araqdansa şəraba üstünlük verilsin. Bu içki bayramdır”, - aktyor deyib.Depardyenin Rusiyadakı nümayəndəsinin “RBK”-yə verdiyi məlumata görə araq istehsalı barədə danışıqlar gedir, onun təqdimatı isə bu ilin sonuna nəzərdə tutulub.Depardye kino çəkilişlərindən başqa vətəni Fransada olduğu kimi qonşu Belçikada da bizneslə məşğuldur. Parkı bir təyyarədən ibarət “Cyran R” Belçika aviaşirkəti ona məxsusdur. Parisdə Depardye La Fontaine Gaillon, L'Ecaille de la Fontaine restoranlarına və Le Bien Decide şərab barına sahibdir. Bundan başqa aktyorun üzümlüyü və Cogimmo daşınmaz əmlak agentliyi mövcuddur.Rusiya prezidenti Vladimir Putin 2013-cü ilin əvvəlində Depardyeyə Rusiya vətəndaşlığı verib. Dövlət başçısı öz qərarını Rusiya kinematoqrafiyasına verdiyi töhfələrlə motivləndirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !