Jirinovski: “Azərbaycan-Rusiya münasibətləri daha yüksək səviyyədə olmalıdır”

17:39 | 27.09.2014
Jirinovski: “Azərbaycan-Rusiya münasibətləri daha yüksək səviyyədə olmalıdır”

Jirinovski: “Azərbaycan-Rusiya münasibətləri daha yüksək səviyyədə olmalıdır”

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul edib.

Milli Məclisdən APA – ya verilən məlumata görə, görüşdə O. Əsədov Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın gələcəkdə də davam edəcəyini deyib.

 

Spiker Azərbaycanda rus dilinə yaxşı münasibətin olduğunu və ölkəmizdə rus dilində məktəblərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

 

V. Jirinovski isə Rusiya-Azərbaycan əlaqələrinin inkişaf etdiyini və tez-tez yüksək səviyyəli görüşlərin keçirildiyini deyib. O qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin daha da inkişafı üçün böyük imkanlar var: “Azərbaycan və Rusiya arasında münasibətlər daha da yüksək səviyyədə olmalıdır”.

 

V. Jirinovski bildirib ki, Azərbaycanla Rusiya daim sadiq tərəfdaş olublar: "Bu, Heydər Əliyevin hakimiyyəti illərində də belə idi, İlham Əliyevin prezidentliyi dövründə də belədir. Əminəm ki, bu tərəfdaşlıq daimi olacaq”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür