• $
  • £

Jirinovski: “Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır”

Jirinovski: “Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır”
28.05.2020 22:24

Vladimir Jirinovski Qarabağ münaqişəsi üzrə yeni bəyanatla çıxış edərək, Azərbaycanla Ermənistana Rusiyanın tərkibinə daxil olmağı təklif edib.
"Bu məsələdə kənar hakim lazımdır – bu isə yalnız Moskva ola bilər, çünki onlar hamısı rusca danışır. Analoji münaqişələr Dnestryanıda, Abxaziyada və Cənubi Osetiyada da var. Bu dörd yer imperiya, yaxud SSRİ tərkibində olanda problem yox idi, elə ki ayrıldılar, problemlər peyda oldu. Biz əminik ki, SSRİ-nin sərhədləri könüllü, referendumlar yolu ilə bərpa edilməlidir, bütün keçmiş respublikalar Rusiyanın tərkibinə daxil olmalıdır, bax onda sülh olacaq, bütün yerli münaqişələr tənzimlənəcək, nəhəng dövlətin bütün xalqları sakit, sabahkı günündən qorxmadan yaşaya biləcəklər”, - Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı deyib.

Xatırlatmaq yerinə düşər ki, dünən "Dəyişən dünyada inteqrasiya prosesləri” mövzulu panel müzakirələrində çıxış edərkən Jirinovski bildirmişdi ki, "Azərbaycanın Qarabağ problemi hələ uzun illər qalacaq”.

"Azərbaycan və Ermənistan deyərkən biz anlamalıyıq ki, onların heç bir şeyin həll edilməsi mümkün olmayan ərazisi var. Mən Azərbaycanı salamlayıram. Lakin onların problemi hələ uzun illər qalacaq”, - Jirinovski demişdi.

Bundan öncə isə Azərbaycanı Müstəqillik günü münasibətilə təbrik edərkən elə həmin Jirinovski "Moskva-Bakı” nəşrinə bunları söyləmişdi:
"26 il ərzində dövlət çox şeyə nail olub. Azərbaycan Qafqazın ən uğurla inkişaf edən iqtisadiyyatlarından birinə çevrilib, ölkə rəhbərliyi həm şimal qonşusu olan Rusiya, həm də cənub qonşusu olan Türkiyə ilə gözəl münasibətlərdədir. Azərbaycan tam haqqla özünü və öz maraqlarını müdafiə etməyə qabil güclü, müasir dövlətdir və mədəniyyətini, əcdadlarının adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, yeniliklərə açıqdır”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
"Brent" markalı neftin qiyməti 88 dolları ötüb
İqtisadiyyat 22:47
"Brent" markalı neftin qiyməti 88 dolları ötüb
“Azərenerji”nin xalis mənfəəti 2025-ci ildə 128 milyon manatı ötüb
İqtisadiyyat 14:49
“Azərenerji”nin xalis mənfəəti 2025-ci ildə 128 milyon manatı ötüb
"Azərenerji"nin xalis mənfəəti 2025-ci ildə 26% azalıb
İqtisadiyyat 14:44
"Azərenerji"nin xalis mənfəəti 2025-ci ildə 26% azalıb
“Euromoney” ABB-niyenidən “İlin ən yaxşı bankı” seçdi!
İqtisadiyyat 12:46
“Euromoney” ABB-niyenidən “İlin ən yaxşı bankı” seçdi!
Yelo Bank-dan sahibkarlara 300 000 AZN-dək onlayn və girovsuz kredit!
İqtisadiyyat 12:42
Yelo Bank-dan sahibkarlara 300 000 AZN-dək onlayn və girovsuz kredit!
Euromoneynəşri Bank RespublikanıAzərbaycanın ən yaxşı kiçik vəorta sahibkarlıq bankıelan etdi
İqtisadiyyat 12:38
Euromoneynəşri Bank RespublikanıAzərbaycanın ən yaxşı kiçik vəorta sahibkarlıq bankıelan etdi
Qazaxıstan buğda idxalına altı aylıq qismən qadağa tətbiq edəcək
İqtisadiyyat 12:15
Qazaxıstan buğda idxalına altı aylıq qismən qadağa tətbiq edəcək

Əmtəə bazarlarında 4 000 dollardan aşağı enib
İqtisadiyyat 09:45
Əmtəə bazarlarında 4 000 dollardan aşağı enib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol