ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, "Komsomolskaya pravda” qəzetinin əməkdaşı ilə söhbət edən LDPR lideri belə deyib: "Biz niyə Çilidən şərab gətiririk? Yunanıstanın konyakı nəyimizə gərəkdir? Bizim Qafqazı, Krasnodar diyarını, Orta Asiyanı götürün. Azərbaycan sizi konyak və şərabla çimizdirə bilər”,- deyə Vladimir Jirinovski vurğulayıb.
Qərbin sanksiyaları üzündən ərzaq qıtlığı ilə üzləşmiş Rusiyada yaranmış çətinliklərdən bəhs edən söhbətdə ölkənin aqrar sektorundakı yaranmış duruma da toxunulub.
Vladimir Jirinovskinin sözlərinə görə, Rusiyanın əkinə yararlı 200 milyon hektar ərazisinin yalnız 40 milyon hektarından istifadə edilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !