ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Dumasının vitse-spikeri Vladimir Jirinovski çıxış edib.
O, bu çağırışını Netanyahunun yəhudiləri İsrailə çağırması ilə müqayisə edib:
"Avropada antisemitizm artır. Bu vətəndaşların arzusudurmu? Xeyr, bu sadəcə İsrailin əhalisini artırmaq üçün olan arzudur. Ona görə ki, İsrailin əhalisi azalır. Bunun əvəzində isə ərəblərin sayı artır. Bunun üçün də İsrailin Baş naziri Benyamin Netanyahu Avropa yəhudilərinə müraciət edərək onların İsrailə qayıtmasını istəyib. Qoy onlar Netanyahuya cavab verib ölkələrinə qayıtsınlar. Biz də bu məntiqlə bütün xristianları Rusiyaya çağırırıq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !