Jirinovski: "Dolları 65 qəpik edək və bu zaman hər şey normal olacaq"

18:28 | 30.01.2015
Jirinovski:

Jirinovski: "Dolları 65 qəpik edək və bu zaman hər şey normal olacaq"

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski Rusiyada dollarla ipoteka verilməsi və valyuta əməliyyatlarının qadağan edilməsini etməyi təklif edib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Jirinovski düşünür ki, bu addım hökumətin antiböhran planının bir hissəsi olmalıdır.

Liberal-demokratların liderinin fikrincə, xaricdən ölkəyə valyutanın axışının qarşısını almaq lazımdır.

Moskva birjasında dolların kursu bu gün 70 rubla yaxınlaşıb. Jirinovski ABŞ valyutasının həddindən artıq bahaşdığını deyir və bildirir ki, hökumət onun məzənnəsini özü təyin etməlidir:

"Sovet hakimiyyəti dövründə olduğu kimi dolların məzənnəsini müəyyən etməliyik. Dolları 65 qəpik edək və bu zaman hər şey normal olacaq", - deyə Jirinovski söyləyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM