ANN.Az xəbər verir ki, V.Jirinovski LDPR-in təşəbbüsü ilə gündəmə gətirilən "Tarixin dərsləri və müasir dünyada xristianların sıxışdırılmasının yolverilməzliyi haqqında” adlı sənədin müzakirəsi zamanı çıxış edərkən hakim Vahid Rusiya Partiyasından olan deputat Mixail Markelovu xüsusi tənqid atəşinə tutub.
"Siz xristianların müasir dünyada sıxışdırılmasının yolverilməz olması haqdakı bəyanatımızı dəstəkləmirsiniz. Bəs siz bu zalda nəyə görə "erməni soyqırımı” haqda qətnaməyə səs verdiniz? Bunu niyə etdiniz? Belə çıxır, ona görə ki, bu qətnamə ermənilərin xeyrinə idi. Türklər isə bundan incidi. Və onlar "Türk axını” qaz kəməri layihəsini dayandırırlar. Bunu siz - Vahid Rusiya Partiyası etdiniz” - deyə Jirinovski bildirib.
LDPR lideri hakim partiyaya ünvanlanan tənqidlərini davam etdirərək deyib ki, burada məntiq olmalı idi, amma heç bir məntiq yoxdur:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !