Rusiya liberal demokratlar partiyasının sədri Vladimir Jirinovski hesab edir ki, Rusiya hazırki beynəlxalq vəziyyəti nəzərə alaraq daha sərt xarici siyasət həyata keçirməlidir.
anews.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Jirinovsik bu səbəbdən ölkənin xarici işlər naziri Sergey Lavrovu vəzifəsindən azad etməyi təklif edib.
"Beynəlxalq problemlər qalmaqdadır, və biz hesab edirik ki, daha sərt münasibət lazımdır. Əgər prezident olsaydım, mən Rusiyanın XİN rəhbərini dəyişərdim. O artıq bu vəziyyətdə işə yaramır... Bu gün bizə digər insan lazımdır, ondan daha yaxşı olacaq bir nazir”, - deputat jurnalistlərə açıqlamasında deyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !