Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, qonşu ölkənin ən xarizmatik siyasətçilərindən biri olan Vladimir Jirinovski ABŞ prezidenti Barak Obamanı "qəddar qayınanaya" bənzətdi.
ANS-in verdiyi məlumata görə, LDPR lideri ABŞ-ın Rusiyaya qarşı sansksiyalı siyasətindən danışıb.
"Obama da qayınana kimi özünü aparır - hamı günahkardır, o hamını təhqir edəcək", deyə o iclasda danışarkən bildirib.
O, deyib ki, qayınana haqqında bütün lətifələrdə belə bunu görmək olar. "Bütün lətifələr qayınanalar haqqındadır. O, həmişə acıqlanır. Onun ziyanı faydasından daha çoxdur. Barak Obama da özünü məhz belə aparır".
İclasda çıxış edən Dövlət Dumasının spikeri Sergey Narışkin onun dediklərinə müdaxilə edib. "Hərənin öz qayınana təcrübəsi var".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !