Jirinovski: "Biz hazırıq" - VİDEO

15:09 | 24.07.2014
Ukrayna mətbuatı Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovskinin telefon danışığının səs yazısını yayıb. 
ANS PRESS-in məlumatına görə, separatçı Donetsk Xalq Respublikasının baş nazirinin hərbi məsələlər üzrə müavini Vladimir Antyufyev və RLDP sədri arasında baş tutan telefon danışığında Ukraynanın cənub-şərqində baş verən hadisələrdən danışılır.
Vladimir Jirinovskidən kömək istəyən Vladimir Antyufyev bildirir ki, Ukrayna ordusu separatçıları getdikcə tutduğu ərazilərdən sıxışdırıb çıxarır. Onun sözlərinə görə, Ukraynada separatçılara hər cür dəstək verilməlidir.
“Bizim əsasən ən yüksək səviyyədə siyasi dəstəyə ehtiyacımız var. Yoxsa biz burda çox dayana bilməyəcəyik. Sizin siyasi dəstəyinizə ehtiyac duyuruq”, deyə baş nazirin müavini bildirir.
Jirinovski isə nəinki, siyasi dəstək verəcəyini, hər cür yardıma hazır olduğunu deyir.
ANN.Az

Tərəfdaşların xəbərləri

REKLAM