Jirinovski Türkiyə ilə hava əlaqələrini dayandırmağı tələb edib

10:59 | 10.04.2021
Jirinovski Türkiyə ilə hava əlaqələrini  dayandırmağı tələb edib

Jirinovski Türkiyə ilə hava əlaqələrini dayandırmağı tələb edib

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Türkiyə ilə aviaəlaqələrin dayandırılmasını təklif edib. Bununla bağlı o , öz teleqram kanalında paylaşım edib.
 
Onun fikrincə, , "COVID-19”a yoluxma sayı yüksək olan ölkələrlə hava əlaqəsi kəsilməlidir.  "Təcili olaraq Türkiyə ilə ucuşları bağlamalıyıq. Ən azı oradakı yoluxma sayında azalma olana qədər.  Hökumət bu cür tədbirlər görərsə, bunu may ayında Dövlət Dumasına hesabat verərkən Nazirlər Kabinetinin yaxşı iş görməsi barədə bir nümunə kimi gətirəcəyik. Əgər bu edilməsə, turistlər Türkiyədən qayıtdıqdan sonra bizə infeksiya gətirəcəklər ki, bu da Rusiyada yeni bir xəstəliyə səbəb olacaq. Bu, hökumət üçün böyük bir məğlubiyyət olacaq. Hərəkətə keçin, xəstəliyin artdığı ölkələrlə hava əlaqələrini dayandırın”, deyə siyasətçi bildirib. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb