Jirinovskidən daha bir qalmaqallı açıqlama

13:42 | 04.04.2014
Jirinovskidən daha bir qalmaqallı açıqlama

Jirinovskidən daha bir qalmaqallı açıqlama

Ağzını açar-açmaz səs-küy yaradan Jirinovski yenə danışdı. ANS PRESS-in məlumatına görə, LDPR lideri bu dəfə Rusiyadakı bütün "McDonald's" restoranlarının bağlanmasını təklif edib. Vladimir Jirinovski Dumanın plenar iclasından qabaq jurnalistlərə verdiyi açıqlamasında belə deyib: "Əvvəlcə ölkədəki bütün "McDonald's" restoranlarını bağlayaq, sonra isə pepsi-kola ilə məşğul olaq."Xatırladaq ki, bir müddət öncə "McDonald's" şirkəti Krımda fəaliyyət göstərən restoranlarını bağladığını bəyan etmişdi. Simferopol, Sevastopol və Yaltadakı restoranlar bəlli olmayan səbəblər üzündən bağlanılıb. Jirinovski, "Bu yaxşıdır ki, McDonald's" Krımdakı iş yerlərini bağlayıb, bizdə də bağlasaydı daha yaxşı olardı." - deyib. Siyasətçi hətta bununla bağlı öz partiyasına göstəriş də verdiyini bildirib: "Mən artıq LDPR şəhər təşkilatına göstəriş vermişəm ki, Moskvadakı və ölkədəki bütün "McDonald's"lar qarşısında piketlər keçirsinlər".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM