"Rusiya heç vaxt Ermənistanla döyüşməyib”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Liberal Demokrat Partiyasının rəhbəri, Dumanın vitse-spikeri Vladimir Jirinovski çıxış edib.
O, iki dövlət arasında hər zaman yaxşı münasibətin olduğunu bildirib:
"Bunlar Ermənistanın yerləşdiyi geosiyasi vəziyyətlə bağlıdır. O, daha çox risk zonasında yerləşir. Yəni İran, Türkiyə, İsraillə yanaşı yerləşir. Bu gün bölgənin ən ağrılı problemlərindən biri Dağlıq Qarabağdır. Rusiyanın hazırda bura müdaxilə etməsi üçün heç bir əsası yoxdur. Lakin Ermənistan və Azərbaycanla Rusiya müqavilə imzalamaqla bura öz sülhməramlılarını göndərə bilər ki, qan tökülməsinin qarşısını alsın. Hazırda keçmiş sovet ölkələri arasında anti-Rusiya əhval-ruhiyyəsinin əsas provokatoru ABŞ-dır. Ermənistan taleyini özbaşına həll etməlidir, amma onlar bir şeyi də unutmamalıdırlar ki, Rusiyasız İrəvan İran və Türkiyə ilə təkbətək qalacaq”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !