Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Moskvanın Yaxın Şərqdəki hadisələrə müdaxilə etməməsini bildirib.
ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşmasının Qərb dövlətləri tərəfindən qurulduğunu iddia edən rus siyasətçi Yaxın Şərqdən çəkinmək lazım olduğunu söyləyib.
“Qərb ortaya nə çıxardığını görməlidir. Talibanla başladı, sonra Əl-Qaidə, indi isə İŞİD. Rusiya bu mövzuda tərəfsizlik göstərməli və məsələyə müdaxilə etməməlidir.” – deyə Jirinovski bildirib.
LDPR lideri həmçinin onu da qeyd edib ki, bölgədə ərəb-kürd, türk-kür və sünni-şiə mübarizəsi gedir.
“Özümüzə düşmən qazanmayaq, qoy özləri həll etsin.” – deyə, o, sözlərinə əlavə edib.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !