Jirinovskinin deputat mandatı əlindən alına bilər

14:01 | 13.12.2013
Jirinovskinin deputat mandatı əlindən alına bilər

Jirinovskinin deputat mandatı əlindən alına bilər

Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin mandatı əlindən alınmalıdır. ANS PRESS-in “Komsomolskaya Pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, bu informasiyanı Çeçenistan Respublikası parlamentinin mətbuat xidməti yayıb. Çeçenistan parlamentinin Etika üzrə komissiyası özünün növbədənkənar keçirdiyi iclasında belə qərara gəlib ki, Rusiya Liberal Demokratik partiyasının lideri Şimali Qafqaz haqda işlətdiyi qeyri-etik ifadələrinə görə, deputatlıq mandatından məhrum edilməlidir. Bildirək ki, Çeçenistan parlamenti bu qərarı Dövlət Dumasının spikeri Sergey Narışkinə göndərəcək və Jirinovskinin öz vəzifəsindən uzaqlaşdırılmasını xahiş edəcək. Bu arada Şimali qafqazlıların “düşməni” hesab edilən Vladimir Jirinovski qeyri-ruslar haqqında nəhayət ki, xoş sözlər işlədib. Belə ki, Dövlət Dumasının iş yerlərində qeyri rus millətindən olanların öz ana dillərində danışmağına qadağa qoyulması haqqında hazırlanan qanun layihəsinə o, özünəməxsus tərzdə cavab verib: “Hər bir kəsin öz ana dili var, onlara öz dillərində danışmağı necə qadağan etmək olar?”. İTAR-TASS agentliyinin məlumatına görə, Jirinovski bəyan edib ki, Dövlət Dumasında onun rəhbərlik etdiyi partiyanın üzvləri bu qanun layihəsini dəstəkləməyəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb