Maşın xüsusi metaldan hazırlanıb.
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Ukraynada yığma qoşun döyüşçülərinə hədiyyə etdiyi "Tiqr" zirehli avtomobili yol-nəqliyyat hadisəsində əzilib.
ANN.Az ANS-ə istinadən xəbər verir ki, möhkəm əzilmiş maşının şəkli sosial şəbəkələrdə yayılıb.
Zirehli avtomobil döyüşdə vurulmayıb. Təxmin edilir ki, maşın istismarın gedişatında zədələr alıb. Zirehli avtomobil əvvəlki kimi hərəkət edir və rusiya meyilli separatçıların xidmətindədir.
Daha əvvəl bildirildiyi kimi, Jirinovski 2014-cü il may ayında separatçı Luqansk Xalq respublikasına hərbi avtomobil hədiyyə edib. Maşın xüsusi metaldan hazırlanıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !