Jirinovskinin müharibə bəyanatı ölkəni qarışdırdı

14:44 | 13.08.2014
Jirinovskinin müharibə bəyanatı ölkəni qarışdırdı

Jirinovskinin müharibə bəyanatı ölkəni qarışdırdı

Rusiyanın Polşadakı səfiri Aleksandr Alekseyev Xarici İşlər Nazirliyinə çağırılıb. ANS PRESS-in məlumatına görə, bu səbəb Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse spikeri Vladimir Jirinovskinin Polşanın məhv edilməsi ilə bağlı bəyanatı olub.“Rusiya səfirini nazirliyə çağırdıq. Ondan Rusiya hökumətinin Polşa ilə bağlı mövqeyini soruşduq. Müxalifət nümayəndəsi Jirinovskinin qalmaqallı sözlərinə görə, öz etirazımızı bildirməliydik”, deyə Polşa XİN rəhbəri Radoslav Sikorski jurnalistlərə bildirib.Nazir səfirlə aparılan danışıqların daha nələrdən ibarət olduğunu açıqlaya bilməyəcəyini deyib.Qeyd edək ki, Jirinovski “Rosiya 24” telekanalına müsahibəsində bildirmişdi ki, Rusiya və Ukrayna arasında müharibə olsa Polşa və Baltikyanı ölkələr məhv ediləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM