“Ermənistan yalnız beynəlxalq sənədləri yerinə yetirməklə qalmır”.Ermənistan məsuliyyətə cəlb edilməlidir.ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda Amerika nəşri “Journal Tribune”da Qarabağ münaqişəsinə həsr edilən mövzuda bildirilib. “Ermənistan yalnız ondan Azərbaycan ərazilərindən qoşunlarını çıxarmağı tələb edən beynəlxalq sənədləri yerinə yetirməməklə qalmır, üstəlik Qarabağ münaqişəsi ərazisində vəziyyətin gərginləşməsi istiqamətində təxribat aparır”, - məqalədə qeyd edilib.Müəllif yazır ki, Ermənistan Azərbaycan ərazisinin qanunsuz işğalına davam edir, 12 noyabrda isə hərbi təlimlər zamanı Ermənistan HHQ-yə məxsus hərbi Mi-24 helikopteri qoşunların təmas xətti üzərində uçuş keçirib, bu isə helikopterlərdən birinin məhv edilməsi ilə nəticələnib. “Azərbaycan hərbçiləri daxili və beynəlxalq qanunlar və məsuliyyətlə hərəkət edərək, Azərbaycanın hava məkanına qanunsuz daxil olan helikopteri məhv ediblər”, - məqalədə qeyd edilib. Daha sonra qeyd edilir ki, 1994-cü ildə Ermənistanın imzaladığı atəşkəs haqqında Razılaşmaya əsasən, münaqişə zonasından bütün ağır hərbi texnika çıxarılmalıdır. Amma Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq və hərbi işğala son qoymaq haqqında bütün çağırışları qulaq ardına vurur. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladı. Dağlıq Qarabağ və yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Azərbaycan ərazisinin işğalı nəticəsində ölkənin milyona yaxın vətəndaşı məcburi köçkün və qaçqın vəziyyətindədir.1994-cü ilin may ayında tərəflər atəşkəs haqqında razılığa gəliblər, həmin dövrdən Rusiya, Fransa və ABŞ vasitəçiliyi ilə heç bir nəticə verməyən sülh haqqında uğursuz danışıqlar gedir. BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərin azad edilməsinə dair bəyannamələr Ermənistan tərəfindən yerinə yetirilmir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !