Joze Mourinyo "Atletiko"nun futbolçusunu istəyir

17:01 | 21.12.2013
Joze Mourinyo "Atletiko"nun futbolçusunu istəyir

Joze Mourinyo "Atletiko"nun futbolçusunu istəyir

"Atletiko"nun (Madrid) futbolçusu Dieqo Kostanı transfer etmək istəyən klublar sırasına daha biri əlavə olunub.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Çelsi"nin baş məşqçisi Joze Mourinyo da ispan oyunçunu komandasında görmək istəyir. Fernando Torres, Samuel Eto’o, Demba Ba kimi hücumçularından qol vurmadığı üçün narazı olan portuqaliyalı mütəxəssis D.Kostanı transfer edərək hücum xəttini möhkəmləndirmək niyyətindədir.

Qeyd edək ki, D.Kosta bu mövsüm La Liqada forma geydiyi 16 matçda 17 qol vurub. Onunla "Arsenal" da maraqlanır.

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM