Öz verilişində ölkəsinin ən çox rüşvət alan məmurlarının, tanınmış şəxslərinin adını çəkən jurnalist öldürüldü
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Braziliyanın şimal-şərqi bölgəsi olan Camocim şəhərində fəaliyyət göstərən yerli radionun əməkdaşı Gleydson Carvalho canlı yayım zamanı tapança ilə qətlə yetirilib. Hadisənin şahidlərinin bildirdiyinə görə, efir otağına daxil olan iki nəfər jurnalistə atəş açaraq onu öldürüblər.
Jurnalist yerindəcə ölüb, qatillər isə radionun binasından qaçmağı bacarıblar.
Jurnalist Glehdson Carvalho bölgənin rüşvətxorluqla mübarizə aparan qabaqçıl peşə sahiblərindən biri olub.
O, dəfələrlə sosial media vasitəsilə ölüm təhdidi alıb və bu təhdidlər polis orqanlarının diqqətinə çatdırılıb.
Jurnalistin qətlindən sonra onu sevənlər, tamaşaçılar, eləcə də yerli əhali etiraz akiyası keçirib, qatillərin və qətlin sifarişçilərinin tezliklə tapılmasını tələb ediblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !