Jurnalist Cəmil Məmmədli saxlanılıb

11:46 | 18.01.2023
Jurnalist Cəmil Məmmədli saxlanılıb

Jurnalist Cəmil Məmmədli saxlanılıb

Jurnalist Cəmil Məmmədli saxlanılıb.

Bu barədə  DİN Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

Bildirilib ki, başlanmış cinayət işi üzrə Məmmədli Cəmil Qiyas oğlu saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.


İttihama görə, Cəlil Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına  nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Cəlil Məmmədli Azadlıq radiosunda çalışıb. O, daha sonra müstəqil jurnalist kimi bir sıra internet kanallarla əməkdaşlıq edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti