Jurnalist itinin təbii ehtiyacı üzündən cərimələndi

13:21 | 06.06.2020
Jurnalist itinin təbii ehtiyacı üzündən cərimələndi

Jurnalist itinin təbii ehtiyacı üzündən cərimələndi

"Dünyaxəbər” informasiya agentliyinin əməkdaşı Aygün Paşayeva cərimələnib.


Qaynarinfo xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bildirib ki, sərt karantin şərtlərini pozmasına səbəb itinin təbi ehtiyacını ödəməsi üçün evdən çıxması olub:


"Səhər saat 10-a işləmiş itimin təbii ehtiyacını ödəməsi üçün həyat evinin qapısının qarşısında (səkiyə çıxmadan) durmuşdum. Polis məni 100 manat cərimələdi”.


Jurnalist məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidova məlumat verib. Ehsan Zahidov isə ona evdə olduğunu, işə getmədiyini deyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM