• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist Nərgiz Absalamovanın şikayəti təmin edilməyib

Jurnalist Nərgiz Absalamovanın şikayəti təmin edilməyib
09.02.2024 16:59
Bakının Sabunçu Rayon Məhkəməsi jurnalist Nərgiz Absalamovanın vəkilinə zəng etməsinə qoyulan qadağa ilə bağlı  şikayətini təmin etməyib. Bu barədə onun vəkili Şəhla Hümbətova məlumat verib. 

Absalamovanın vəkili Şəhla Hümbətovanın sözlərinə görə, istintaq orqanı jurnalistə  ailəsi ilə görüş və təmaslara qadağa qoyub. Onun vəkili ilə görüşməsinə qadağanı isə istintaq təcridxanasının rəhbərliyi tətbiq edib. 
 
Absalamova bugünkü məhkəmə iclasında iştirak etməyib.
 
Absalamova "Abzas Media” internet nəşrinin pul qaçaqmalçılığı ittihamı ilə həbs edilən 6 jurnalistindən biridir.
 
Bundan əvvəl, qurumun direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekelov və baş redaktoru Sevinc Vaqifqızı eyni cinayət maddəsi ilə həbs olunublar. 
 
Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsində AbzasMedia-nın redaktoru Sevinc Vaqıfqızı haqqında 3 ay 29 gün, medianın təsisçisi Ülvi Həsənli barəsində isə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Bundan əvvəl ABŞ Dövlət departamenti "Abzas Media"nın jurnalistlərinin həbsinə münasibət olaraq Azərbaycan hökumətini ölkədə hüquq və azadlıqlara hörmət etməyə çağırıb. 
 
AbzasMedia 2014-cü ildən fəaliyyət göstərir. 
 
Aytac Zeynalova

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol