Jurnalist rusları ölkədən qaçmağa çağırdı

19:49 | 18.08.2015
Jurnalist rusları ölkədən qaçmağa çağırdı

Jurnalist rusları ölkədən qaçmağa çağırdı

 
Rusiyanın "Kommersant” qəzetinin yaradıcısı Vladimir Yakovlev bütün rusiyalıları uşaqlarını da götürüb ölkədən getməyə çağırıb.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, o bu haqda özünün Facebook səhifəsində yazıb: "Rusiyada yaxın zamanda ağır küçə cinayətkarlığı baş verə bilər, vətəndaşların həyatı və sağlamlığı üçün real təhlükə yarana bilər”.

Jurnalist həmvətənlərinə müraciətində qeyd edir ki, əgər imkan varsa, çıxın gedin: "Ən başlıcası uşaqlarınızı da özünüzlə aparın. Ola bilər ki, həmişəlik yox, iki-üç aylıq (bu vizasız da mümkündür), altı aylıq gedəsiniz. Ancaq gedin. Əgər bu müddətdə heç nə baş verməzsə və situasiya normallaşarsa, mən səhv etdiyimə şad olaram.

Mən başa düşürəm ki, bu gün yaşları 25-30 olanlar belə ssenarinin reallığını hiss etmirlər. Mən həmin yaşda olanda hiss etmirdim. Ancaq bir dəfə məzuniyyətdən qayıdıb mənimlə yanaşı işıqforda tank və digər hərbi maşının dayandığını görəndə hər şeyi başa düşdüm”.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM