(Yazıya qara hərflərlə vəkilin açıqlaması əlavə olunub)
Arqument.az saytının baş redaktoru jurnalist Şəmşad Ağa saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın səsinə bildirib.
Jurnalistin "Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanıldığı deyilir.
Məlumatı Daxili İşlər Nazirliyindən anews.az-a təsdiq ediblər.
Şəmşad Ağa sonuncu dəfə "Toplum Tv" işi üzrə şahid qismində ifadə verib.
Şəmşad Ağanın vəkili Şəhla Hmübətova anews.az-a bildirib ki, hazırda jurnalist Xətai Polis İdarəsində saxlanılır.
"Jurnalistlə bağlı ittiham iki gün ərzində irəli sürüləcək. Hazırda Şəmşad Ağa Xətai Polis İdarəsində saxlanılır. Ona "Meydan Tv" üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb", - o bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !