Jurnalistlər Azərbaycan Nəşriyyatı qarşısında aksiya keçiriblər

17:30 | 18.01.2023
Jurnalistlər Azərbaycan Nəşriyyatı qarşısında aksiya keçiriblər

Jurnalistlər Azərbaycan Nəşriyyatı qarşısında aksiya keçiriblər

"Azərbaycan” nəşriyyatının qarşısında icarə haqqının 50% artırılması ilə bağlı aksiya keçirilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 
 
Jurnalistlər bildirirlər ki, artım icarə haqqı adı ilə deyil, kommunal xərclər adı ilə edilib.
 
"Əvvəl nəşriyyatda kommunal xərclər hər kvadrata görə 5 manat 20 qəpikdən hesablanıb. İndi isə qiymət artımı 50%-i ötüb və hər kvadrata görə 8 manat 60 qəpik tələb olunur. Bu da böyük bir artımdır”, - iştirakçılar bildirib.
 
Aksiyada iştirak edən jurnalistlər bildirir ki, artım bir çox redaksiyaların maddi vəziyyətinə mənfi təsir göstərəcək.
 
Onlar bu hallar davam edərsə bir çox redaksiyaların "Azərbaycan” nəşriyyatını tərk edəcəyini bildiriblər.
 
Məsələ ilə bağlı jurnalistlər etirazlarını ilk növbədə sosial şəbəkələrdə ediblər. Onlar statuslarında binanın illərdir təmirsiz olması barədə dəfələrlə məlumat paylaşıblar.
 
Məsələ ilə bağlı Azərbaycan Nəşriyyatı şifahi olaraq bildirib ki, yanvarın 19-da icarədarlarla görüş keçiriləcək.
 
Lida Abbaslı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM