Jurnalistlər Göygöldə sonuncu alman vətəndaşının evində - FOTO

10:43 | 23.12.2013
Jurnalistlər Göygöldə sonuncu alman vətəndaşının evində - FOTO

Jurnalistlər Göygöldə sonuncu alman vətəndaşının evində - FOTO

Mədəniyyət və Turizm Nazirliyinin bir qrup KİV nümayəndəsi ilə 2013-cü il üçün “Azərbaycanın sənətkarlıq paytaxtı” elan olunan Göygöl rayonuna təşkil etdiyi "Media turu" çərçivəsində jurnalistlər Göygöl rayonunda olublar. ANS PRESS - in məlumatına görə, jurnalistlər ilk olaraq Göygöl rayon Tarix Diyarşünaslıq Muzeyində olublar.Almanlarla ünsiyyətdə olan yerli sakin Fikrət İsmayılov jurnalistlərə məlumat verib ki, muzey əvvəllər almanlar tərəfindən tikilən kilsə olub və 2008-ci ildə restavrasiyadan sonra rayon tarix diyarşünaslıq muzeyi kimi istifadə olunur.Almanların 1818-ci ildə Gəncəyə gəldiyini deyən F.İsmayılov qeyd edib ki, onlar 122 il burada yaşayıblar: "Göygölü məhz almanlar yaşayış məskəni kimi inşa ediblər. Burada yaşadıqları müddətdə onlar əsas məşğuliyyəti şərabçılıq olub. 1903-cü ildə almanlar Hacıkənddən Göygölə su kəməri inşa ediblər". Göygöl rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Rita İbrahimova jurnalistlərə bildirib ki, muzeydə 2000-ə yaxın eksponat qorunur və onlardan bir çoxu Göygölə səfər edən almanlar tərəfindən hədiyyə edilib. İl ərzində muzeyi 5000-ə yaxın turistin ziyarət etdiyini deyən R.İbrahimova qeyd edib ki, Göygölə gələn xarici turistlər içərisində daha çox vaxtilə burada yaşayan almanların nəvə və nəticələridir: "Onlar Göygöldə yerləşən babalarının qəbrlərini ziyarət edir, evləri və yaşayış tərzlərindən xəbər verən ev əşyaları ilə tanış olurlar".Daha sonra media mənsubları Göygölün sonuncu alman vətəndaşı olan Viktor Klaynın evi ilə tanış olublar. Jurnalistlərə məlumat verilib ki, V.Klayn 1 sentyabr 1935-ci ildə anadan olub və 29 mart 2007-ci ildə 72 yaşında vəfat edib.Qeyd edək ki ,hazırda evin hər bir əşyası qorunur və evin gələcəkdə muzeyə çevrilməsi planlaşdırır.Bundan sonra jurnalistlər Göygöl “Azərbaycanın sənətkarlıq paytaxtı” adlı sərgi ilə tanış olublar. Sərgidə Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Mədəniyyət və Turizm Nazirliyini Mədəniyyət Siyasəti şöbəsinin müdiri Fikrət Babayev və Göygöl rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. Sərgidən sonra jurnalistlər Göygöl “Azərbaycanın sənətkarlıq paytaxtı” adlı konsert proqramına qatılıblar. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM