Jurnalistlər üçün tikilən bina şəhid ailələrinə və müharibə veteranlarına verilib

16:37 | 30.11.2023
Jurnalistlər üçün tikilən bina şəhid ailələrinə və müharibə veteranlarına  verilib

Jurnalistlər üçün tikilən bina şəhid ailələrinə və müharibə veteranlarına verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bibi-Heybət kəndində inşa edilən yaşayış binasından şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 250 mənzil verib.

DOST mərkəzində mənzillərin sənədlərini nazir müavini Vüsal Nəsirli, "Əlahiddə Ümumqoşun Ordusu Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və "Qarabağ Qaziləri” Təşkilatının İdarə Heyətinin üzvü Rey Kərimoğlu ev sahiblərinə təqdim ediblər. 

Bu il bu kateqoriyadan olan insanlara 1100, 2020-ci il müharibəsindən sonra isə 5600 mənzil və ev verilib.

Ümumilikdə şəhid ailələrinə və müharibə veteranlarına 14,4 min mənzil və fərdi ev verilib.

Bibi-Heybətdə şəhid ailələrinə və müharibə veteranlarına mənzillərin verildiyi bina əvvəlcə jurnalistlər üçün tikilib və dövlət tərəfindən media nümayəndələri üçün tikilmiş iki çoxmərtəbəli binanın yanındadır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM