Jurnalistlərə yeni tikilmiş binada mənzillər iyulun 20-də təqdim ediləcək.
anews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Nəsimi rayon İcra Hakimiyyətində 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilən tədbirdə deyib.
V.Səfərli qeyd edib ki, iyulun 19-da jurnalistlərə dəvətnamə göndəriləcək:
"Müvafiq komissiyaya 2 minə yaxın müraciət daxil olub, bu müraciətlərin hamısı ciddi şəkildə araşdırılıb.
Yekunda 250-dən çox jurnalistə mənzil verilməsi qərara alınıb. Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !