Kadırov Putinlə selfi çəkdirdi

10:52 | 26.11.2022
Kadırov Putinlə selfi çəkdirdi

Kadırov Putinlə selfi çəkdirdi

Çeçenistan rəhbəri Ramzan Kadırov özünün teleqram kanalından Rusiya Prezidenti Vladimir Putinlə selfisini paylaşıb.

Kadırov paylaşımda Rusiya lideri ilə görüşündə çeçen bölmələrinin Ukraynada xüsusi əməliyyatda iştirakını müzakirə etdiklərini qeyd edib.

O, Rusiya Müdafiə Nazirliyinin və Milli Qvardiyanın Çeçenistandakı yeni bölmələrinin döyüş təcrübəsi olan döyüşçülərlə uğurlu komplektləşdirilməsi, bölmələrin, texnikanın, taktiki imkanların təchizatı barədə baş komandana məruzə edib. (Qafqazinfo)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM