Kadırovu döyüb qabırğasını sındırdılar

13:56 | 08.06.2015
Kadırovu döyüb qabırğasını sındırdılar

Kadırovu döyüb qabırğasını sındırdılar

Çeçenistan rəhbəri boks döyüşü zamanı zədə alıb.

Çeçenistan prezidenti Ramzan Kadırov boks döyüşü zamanı qabırğasını sındırıb.

ANS PRESS-in məlumatına görə, o, ötən bazar "İnstagram"da yazıb ki, rinqdə rəqibi ona bir neçə yaxşı zərbə endirib və qabırğası iki yerdən sınıb.

R.Kadırov Rusiya mətbuatına deyib ki, prezidentlik vəzifəsindən fasilə götürmür, ancaq "zədə özünü bəzən hiss etdirir”.

Ümumiyyətlə, Çeçenistan lideri idman, xüsusilə döyüş növlərinin həvəskarıdır. O, "İnstagram" səhifəsində özünün atlet imicini formalaşdırıb və tez-tez foto və videolar yerləşdirir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti