"İlham Əliyevin Prezident seçilməsindən sonra uzun illər ölkəmizin iqtisadi müstəqilliyini təmin etməyə çalışması, mühüm transmilli layihələr vasitəsilə beynəlxalq əlaqələrimizi və təhlükəsizliyimizi gücləndirməsi, Qarabağ müharibəsinin ağır humanitar nəticələrini aradan qaldırması və infratsruktur quruculuğunu həll etməsi danılmaz həqiqətdir”. Bu sözləri parlamentin iclasında İnsan haqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, 2015-ci ildə MTN ətrafında baş verən hadisələr sübut etdi ki, kadr siyasəti bütün iqtisadi, sosial, siyasi, hərbi-təhlükəsizlik problemlərindən daha yüksəkdə dayanır və bir nömrəli dövləti vəzifədir:
"Vaxtilə, ötən əsrin 70-ci illərində Heydər Əliyevin sistemli tədbirləri sayəsində sovet Azərbaycanında ən güclü əmək qəhrəmanları ilə yanaşı, güclü elita, peşəkar mədəniyyət, iqtisadiyyat və idarəetmə korpusu formalaşa bilmişdi. Həmin dövlət adamlarımızın yaxşı nümunəsi indi də ekranlarda, əsərlərdə, kitablarda əks olunur və az da olsa öyrənilir. Lakin indi biz müstəqil dövlətimizin peşəkar kadrlarla bağlı az qala Qarabağ məsələsi qədər ümummilli əhəmiyyət daşıyan problemləri həll etməliyik. Əslində nə İdarəçilik Akademiyası, nə də digər universitetlər ayrıca götürülmüş halda konkret nazirliklər üçün kadr yetişdirmir. Burada vahid bir standart və tələb yoxdur”.
O qeyd edib ki, İlham Əliyev yeni elitanı formalaşdırır və bu zaman "toxunulmaz şəxs yoxdur” şüarını irəli sürür. Lakin bir birinin ardınca nazirlər, icra hakimiyyəti rəhbərləri və digər yüksək çinli məmurların vəzifədən məhz yarıtmaz işlərinə, korrupsiya və digər qanunsuz əməllərə görə getməsi sübut edir ki, kadrların seçilməsi, yerləşdirilməsi, rotasiyası ətrafında hüquqi mexanizmlərin təkmilləşməsinə dərin ehtiyac duyulur ki, burada da Parlamentin rolu əvəzsiz ola bilər:
Daha sonra "Siyasi sistemin yeni konfiqurasiyası deyəndə, yalnız dövlət idarəçiliyi deyil siyasi sistemin bütün spektrindən söhbət gedir. Bu siyasi sistemin bütün sahələrində siyasi partiyalar,gənclər təşkilatlarında kadrlar yeniləşməsi gedir. Rusiya PA-da kadr siyasəti -Dövlət Qulluğu məsələləri və İdarəçilik sahəsində Kadr Ehtiyatları üzrə Komissiya yaradlıb. Bu gün-2020-ci il 1 iyun tarixi üçün ehtiyat kadrlar siyahısında 140 nəfərin adı var.
Kadr siyasətində dönüş yaranması bütün sahələrdə nailiyyətlərlə bərabər, ilk növbədə torpaqlarmızın işğaldan azad olunmasına kömək edəcək, Prezidentin fədakar və misilsiz işlərinin uguruna müsbət təsir edəcək, dövlətimizi vətəndaşın gözündə ucaldacaq”. - deyə, o davam edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !