Kadırov: "Hakimiyyətin reaksiyası çox sərt olacaq"

15:59 | 23.12.2014
Kadırov:

Kadırov: "Hakimiyyətin reaksiyası çox sərt olacaq"

"Çeçenistanda vəhhabilər qarşı simpatiya ilə baxmağa belə izin verilməyəcək”.

ANN.Az Axar.az-a istinadən xəbər veri ki, bu açıqlama ilə Çeçenistan Prezidenti Ramzan Kadırov öz İnstaqram səhifəsində çıxış edib.

O, Çeçenistanın vəhhabilərə qarşı fəaliyyətinin sərt olacağını bildirib:

"Əsas vacib məqam Çeçenistanda vəhhabi ideologiyası olan hər hansı bir şəxsin meydana çıxmasına izin verməməkdir. Bu işdə kiçik zəifləmə faciəvi nəticələrə gətirib çıxaracaq. Hakimiyyətin reaksiyası çox sərt olacaq. Biz 14 nəfərin ölümü və onlarla uşağın yetim qalmasına səbəb olan 4 dekabr hadisələrinin təkrarlanmasına imkan verməyəcəyik”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM