"Millidəki futbolçular hər zaman birlikdə oynamırlar. Bu da komandaya mənfi təsir göstərir".
Bu fikirləri Türkiyə yığmasının futbolçusu İrfan Can Kahveci Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyunu barədə danışarkən deyib.
"Fənərbağça" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi qarşılarına çıxan bütün komandalara qalib gəlmək istədiklərini bildirib: "Bu, həm də yoldaşlıq matçı idi. Baş məşqçi Şenol Günəş hər kəsi meydanda görmək istəyirdi. O, Azərbaycanla oyundan sonra mənfi və müsbət cəhətlərimizi izah etdi. Ümid edirəm ki, növbəti görüşlərdə də qalib gələcəyik".
Təcrübəli oyunçu Avropa çempionatında bacardıqları qədər irəli getmək istədiklərini sözlərinə əlavə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !