"Milan"ın braziliyalı ulduz futbolçusu Kaka komandanı tərk edə bilər.Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ötən il "Real"dan transfer olunan təcrübəli futbolçunun müqavilə müddəti bu mövsümün sonunda başa çatır. Ancaq müqavilə şərtlərinə uyğun olaraq "Milan" Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün Kaka istənilən vaxt komandadan ayrıla bilər. Bunu "Sky Sport"a açıqlamasında klubun vitse-prezidenti Adriano Qalliani deyib.Qeyd edək ki, Kaka bu yaxınlarda verdiyi açıqlamasında karyerasını ABŞ-da davam etdirmək istədiyini bildirmişdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !