Kaladze: “Qazprom” Gürcüstana ultimatum verib

13:21 | 20.01.2016
Kaladze: “Qazprom” Gürcüstana ultimatum verib

Kaladze: “Qazprom” Gürcüstana ultimatum verib

Gürcüstanın Energetika nazirinin sözlərinə görə, "Qazprom” Gürcüstana ultimatum verib.

Oxu.Az "Qruziya Online”a istinadən xəbər verir ki, Kaxaber Kaladze "Rustavi 2” kanalının efirində bəyan edib ki, gürcü tərəfi "Qazprom”un tələbləri ilə qətiyyən razılaşmadığını bildirib.

Gürcüstanın tranzit üçün ödəməni xammal ilə deyil, pul ilə etmək təklifinə Rusiya açıq şəkildə bəyan edib ki, əks təqdirdə Ermənistana qaz İrandan keçərək tranzit ediləcək. 

""Qazprom” maliyyə ödəməsinə keçməyi təklif edib. Bilirsiz ki, nəql edilən qazın 10%-i Gürcüstana qalır, biz bunu xammal şəklində alırıq.

Bu, bizim üçün yenilik idi. Onlar belə şərt qoyarkən, biz qəti razı olmadığımızı bildirdik, amma görüş zamanı bizə açıq şəkildə Ermənistana qazın İrandan nəql edilmə imkanının olduğunu bildirdilər.

Ola bilər ki, birinci il bütün həcmi nəql etmək bir qədər çətin olacaq, amma sonrakı illərdə "Qazprom” bu texniki imkandan istifadə edəcək.

Müvafiq olaraq biz nazirlikdə onların verdikləri ultimatumun nə dərəcədə real olmasını müzakirə etdik və Rusiyanın Ermənistana bu gün üçün İrandan keçərək 1 milyard kubmetr qaz tədarük edə biləcəyini müəyyənləşdirdik.

Amma bəzi investisiyaları həyata keçirdikdən sonra onlar erməni bazarını tam təmin edə biləcəklər. Bu təhlükə təbii ki, mövcuddur və bizim üçün energetik nöqteyi-nəzərindən nəticələr ağır olacaq”, - Kaxaber Kaladze bəyan edib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti