Kalaşnikov avtomatının ixtiraçısı, məşhur konstruktor Mixail Kalaşnikov ölümündən əvvəl patriarx Kirillə təəssüf məktubu yazıb. Bu barədə Rusiyanın "İzvestiya" qəzeti məlumat verir. "Qəlbimdə hiss etdiyim ağrı dözülməzdir, həlli olmayan bir məsələ də həmçinin: mənim avtomatım insanların həyatına son qoyub, bu isə o deməkdir ki, mən, Mixail Kalaşnikov, kəndli övladı, xristina və pravoslav olan adam insanların ölümündə, düşmən olsa belə, insanların ölümündə günahkaram", - deyə "İzvestiya" qəzeti məktubdan sitat gətirir. Qəzetin məlumatına görə, patriarx Kirill həmin məktuba cavab verərək, Mixail Kalaşnikova anlayışına və bu cür mövqeyinə görə təşəkkürünü bildirib. Xatırladaq ki, Mixail Kalaşnikov ötən il dekabrın 23-də vəfat edib. Onun 1947-ci ildə yaratdığı Kalaşnikov avtomatı 100-dən çox ölkənin güc strukturları tərəfindən istifadə edilir və 20-ci əsrin ən böyük ixtiraları siyahısına daxil edilib.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !