Kaliforniya ştatının prokuroru Xavyer Beserra prezident Trampın qərarı ilə Meksika ilə sərhəddə divarın çəkilməsinə qarşı iddia qaldırıb.
anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, dövlət başçısı ABŞ Konstitusiyasını pozmaqda, ətraf mühitinin müdafiəsinə dair qanunların pozulmasında və qərarın federal qanunlara zidd olduğuna görə ittiham edilir.
Xavyer Beserraya görə, divarın çəkilməsi qeyri-qanunidir. Çünki ABŞ Daxili Təhlükəsizlik nazirliyi ətraf mühitin müdafiəsinə dair bir sıra qanunlara əməl etməyib. Bundan əlavə, prokuror ABŞ Konstitusiyasının 10-cu düzəlişinin pozulduğunu iddia edir. Düzəlişə əsasən, mərkəzi hökumətə aid olmayan səlahiyyətlərin icrası ayrı-ayrı ştatların ixtiyarındadır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qeyri-leqal miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəddə divarın çəkilməsini vəd edib. Ötən həftə Tramp tikintinin artıq başlandığını bəyan edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !