Kaliforniyada atışma: 14 nəfər öldürüldü

10:06 | 03.12.2015
Kaliforniyada atışma: 14 nəfər öldürüldü

Kaliforniyada atışma: 14 nəfər öldürüldü

ABŞ-ın San-Bernardino şəhərində baş verən silahlı insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Amerikanın San-Bernardino (Kaliforniya ştatı) şəhərində məhdud imkanlı insanlara yardım mərkəzinə hücum etməkdə şübhəli bilinən kişi və qadın hüquq mühafizə orqanları əməkdaşları ilə atışma zamanı öldürülüblər.

Bu barədə yerli polis idarəsinin rəisi Cerrod Burquan bildirib. Onun sözlərinə görə, onlar avtomat silah və tapançalarla silahlanıb, kamuflyaj geyimində olublar.

Daha bir şəxs hadisə yerindən qaçmaq istəyərkən yaxalanıb. Hadisəni törədənlərdən birinin şəxsiyyəti artıq müəyyənləşdirilib. Son məlumatlara əsasən, insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.

Hadisənin terror aktı olub-olmaması barədə məlumat verilmir.

Silahlı insidentin baş verdiyi mərkəzdə müxtəlif kateqoriyalardan olan əlillərə, əqli və fiziki qüsurlu insanlara yardım göstərilir.

Qeyd olunur ki, insident baş verən gün mərkəzdə bayram tədbiri keçirilirmiş.

Əməliyyat nəticəsində bir polis yaralanıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti