Kaliforniya qubernatoru Qevin Nyusom meşə yanğınları səbəbilə ABŞ-ın bu ştatının beş dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.
Anews.az TASS-a istinadən xəbər verir ki, bu barədə qubernatorun saytında dərc olunan bəyanatda deyilir.
"Yanğınlar səbəbi ilə on min akr ərazi yanıb, evlər məhv olub, minlərlə sakin evakuasiya edilib”, - Q.Nyusom bildirib.
Fövqəladə vəziyyət rejimi Kaliforniyanın mərkəzi hissəsindəki Fresno, Madera və Mariposa dairələrində, eləcə də ştatın cənubundakı San-Bernardino və San-Dieqo dairələrində tətbiq olunur. Kaliforniyada ümumilikdə 58 dairə var.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !