Hollivudun tanınmış aktrisası Kameron Diaz yazıçılığa başlayıb. İngiltərənin “Daily Mail” qəzetinin xəbərinə görə, 41 yaşlı aktrisanın ilk əsəri “Vücud kitabı” (The Body Book) artıq nəşrə hazırdır.
Aktrisa kitabın nümunə tirajı ilə birlikdə öz şəklini sosial şəbəkədə paylaşıb. Pərəstişkarlara isə kitabdan çox aktrisanın öz şəkli maraqlı olub. Belə ki, Holliuvud ulduzu bu şəkildə tamamilə makyajsızdır.
Kitabı böyük həvəslə hazırladığını deyən Diaz bildirib ki, kinoda əldə etdiyi uğurlara görə fərəhlənsə də kitabın onun üçün ayrı yeri var.
Aktrisa bunun pəhriz kitabı olmadığını, sadəcə doğru qidalanmaq istəyənlərə düzdün yolu göstərdiyini qeyd edib.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !