Kameron: "Rus təyyarəsini İŞİD vurub"

19:22 | 06.11.2015
Kameron:

Kameron: "Rus təyyarəsini İŞİD vurub"

İngiltərə baş naziri Devid Kameron Misir prezidneti Sisi ilə görüşdən sonra keçirdiyi mətbuat konfransıdna Rusiya Hava Yollarına məxsus təyyarənin partladılmasını "böyük ehtimalla" İŞİD tərəfindən vurulduğunu deyib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, baş nazir hazırda əllərində dəqiq fakt olmadığını, bu səbəbdən də yalnız ehtimallarla danışdığını deyib.

O, qəzadan sonra Misirdə təhlükəsizlik tədbirlərinin artırıldığını, evlərinə dönməyi gözləyən turistlərin istəyini təmin etmək üçün bir az da zamana ehtiyacları olduğunu deyib.

İddialar içərisində bombanın təhlükəsizlik yoxlamasından keçirilmədən bir yük, ya da karqo daxilində təyyarəyə yerləşdirilə biləcəyi fikri də var.

Qeyd edək ki, Rusiya Hava Yollarına məxsus təyyarə qəza keçirərək Misirin Sina yarımadasına düşüb və 224 nəfərin hamısı ölüb. Qəzanın səbəbləri hələ də araşdırılır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM