Azərbaycan millisinin qapıçısı Kamran Ağayev karyerasını “Qəbələ”də davam etdirməyə yaxındır. Qol.Az-ın məlumatına görə, bununla bağlı “Qəbələ” və “Bakı” arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir.
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Qol.Az saytına açıqlamasında K.Ağayevlə danışıqlar apardıqlarını təsdiqləyib. O bildirib ki, Ağayevin komandalarında oynamaq ehtimalı yüksəkdir: “Onun “Qəbələ”yə keçidi məsələsi həll olunmaq ərəfəsindədir. Amma hər şey sabah dəqiqləşəcək”.
Qeyd edək ki, “Bakı”nın baş məşqçisi Milinko Pantiç K.Ağayevin intizamsızlığını əsas gətirərək onun transferə çıxarılmasına qərar verib.
Qol.az
Bizi sosial şəbəkələrdə izləyin !