Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ağacın arxasında gizlənən polislərdən danışıb. ANS PRESS-in məlumatına görə ANS TV-nin “Bazar səhəri” verilişinin qonağı olan BDYPİ-nin şöbə rəisi aparıcının niyə polislər ağacların arxasında gizlənirlər sualına cavab verib:
“Hazırda belə hallar müşahidə edilmir. Bu əvvəllər var idi. İndi belə şeylər yoxdur. Bir də indi sürücülərimiz polisi görə-görə qaydaları pozurlar. Heç polisin gizlənməsinə ehtiyac qalmır."
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !