Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi – YENİ TƏYİNAT

10:50 | 22.01.2021
Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi – YENİ TƏYİNAT

Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi – YENİ TƏYİNAT

Baş prokuror Kamran Əliyev kadr dəyişikliyi edib.


Anews.az xəbər verir ki, onun imzaladığı əmrlə Abşeron Rayon prokuroru Rahib Seyidov 5 illik müddətin başa çatması ilə əlaqədar işdən azad edilib.


Həmin vəzifəyə Baş Prokurorluqda İstintaq idarəsinin rəis müavini Qabil Qasımov təyin edilib.


Rahib Seyidova isə Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirmə İdarəsinin prokuroru vəzifəsi həvalə edilib.


Qeyd edək ki, Rahib Seyidov prokurorluq orqanlarında tanınmış simadır. O, Abşerondan əvvəl Göygöl, İsmayıllı və Şəkidə prokuror vəzifəsində çalışıb.(bakupost)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb