Kamran Əliyev sərhəddə şəhid olanların istintaqı haqda göstəriş verdi

10:28 | 17.05.2021
Kamran Əliyev sərhəddə şəhid olanların istintaqı haqda göstəriş verdi

Kamran Əliyev sərhəddə şəhid olanların istintaqı haqda göstəriş verdi

Baş prokuror Kamran Əliyev Yardımlı rayonunda sərhəddə silahlı insident zamanı Dövlət Sərhəd Xidmətinin iki əməkdaşının qətlə yetirilməsi ilə bağlı tapşırıq verib.


Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbər Günay Səlimzadə Anews.az-ın sorğusuna cavab olaraq bildirib ki, DSX əməkdaşlarının öldürülməsi, qanunsuz olaraq narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.


Qeyd edək ki, 15 may tarixində saat 16:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.   

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM