Kanada İrana qarşı sanksiyaları ləğv edə bilər

09:39 | 19.01.2016
Kanada İrana qarşı sanksiyaları ləğv edə bilər

Kanada İrana qarşı sanksiyaları ləğv edə bilər

 Kanada İrana qarşı sanksiyaları "2016-cı ilin yay aylarından gec olmayaraq" götürə bilər.

ANN.Az "Report"a istinadən xəbər verir ki, məsələ artıq Kanada höküməti tərəfindən müzakirə olunur.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.

ABŞ Prezidenti Barak Obamanın da İran üzərindən sanksiyaların götürülməsinə dair müvafiq sənədi imzalaması barədə xəbərlər yayılıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti